Paris məhkəməsində Həmidoviç ailəsinin 7 üzvünə HÖKM OXUNDUbackend

Paris məhkəməsində Həmidoviç ailəsinin 7 üzvünə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada uşaqları oğurluğa məcbur edən ailə üzvlərinə 5 ildən 8 ilədək həbs cəzası verilib.

İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.

Parisdə məhkəmə Həmidoviç ailəsinin 7 üzvünü azyaşlıları turistlərdən oğurluq etməyə məcbur etməkdə təqsirli bilib.

Onların Disneylenddə, Paris metrosunda və Şarl de Qoll hava limanında oğurluqlar təşkil etdiyi bildirilib.

Klanın lideri, 48 yaşlı Roberto Həmidoviç insan alverində təqsirli bilinərək 8 il həbs və 500 min avro (təxminən 970 min manat) cəriməyə məhkum edilib.

Həyat yoldaşı Leyla 6 il həbs və 300 min avro (təxminən 582 min manat) cərimə alıb.

İstintaqa görə, uşaqlar və gənc qadınlar 6-9 nəfərlik qruplara bölünərək oğurluğa göndərilib və gündə orta hesabla 25 min avro (təxminən 48,5 min manat) əldə ediblər.

Bəzi azyaşlıların təqsirləndirilən şəxslərin öz övladları olduğu bildirilir.

Məhkəmədə uşaqların təhdid və zorakılıqla idarə edilməsi, döyülmə, yandırılma və cinsi zorakılıq barədə ifadələr səsləndirilib.

Disneylenddə oğruların xüsusilə paradlar və axşam şouları zamanı aktiv olduqları qeyd edilib.

Ailənin digər üzvləri, o cümlədən iki oğlu, qardaşı oğlu və iki qadın qohumu 5 ildən 7 ilədək həbs cəzası alıb.

Onlara azadlığa çıxdıqdan sonra Fransaya giriş qadağan ediləcək.

Xuraman Etibarlı

İnterpress.az