Anex Tour şirkətinin sahibi Neşet Koçkar Türkiyədə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Anex Tourism Group-un sahibi Neşet Koçkar Türkiyənin Antalya şəhərində narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanılıb.
Əməliyyat zamanı ümumilikdə 18 nəfərin saxlanıldığı, daha 2 şübhəlinin isə axtarışda olduğu bildirilir.
Saxlanılanlar arasında Anex Tourism Group-un sahibi Neşet Koçkar da var.
Koçkarın Anex Tourism Group-dan əlavə Selectum otellər şəbəkəsinə və Antalyada yerləşən Mavi Gök Airlines aviaşirkətinə sahib olduğu qeyd edilir.
Anex Tour 1996-cı ildən fəaliyyət göstərir və Rusiya, Belarus, Qazaxıstan və Almaniyada təmsil olunur.
Şirkət 50-dən çox ölkəyə tur paketləri təşkil etməklə yanaşı, hotel və aviasiya sahələrində də fəaliyyət göstərir.
Xuraman Etibarlı
İnterpress.az






