İrkutsk vilayətində ovçu ayının hücumundan sağ çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İrkutsk vilayətinin Bolşaya Tarel kəndində ovçu ayının hücumuna məruz qalıb.
Kişi aldığı xəsarətlərə baxmayaraq, ona hücum edən yırtıcı ayını güllələyərək öldürə bilib.
Hadisə nəticəsində ovçu açıq kəllə-beyin travması və çoxsaylı dişləmə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






