Kaskadyor Oleq Naumov xaricdə tryuk zamanı həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS Rusiya Kaskadyorlar Gildiyasına istinadən məlumat yayıb.
Rusiya Kaskadyorlar Gildiyasının məlumatına görə, kaskadyor Oleq Naumov Rusiya ərazisindən kənarda tryuk icra edərkən həlak olub.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






