Latviya NATO qərarı olacağı təqdirdə ölkəsində nüvə silahı yerləşdirilməsinə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Latviya mediası məlumat verib.
Latviya Prezidenti Edqars Rinkeviçs bildirib ki, belə bir zərurət yaranacağı və NATO kollektiv qərar qəbul edəcəyi təqdirdə ölkə ərazisində nüvə silahı yerləşdirilə bilər.
Rinkeviçs qeyd edib ki, Latviyanın qanunvericiliyində nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə hüquqi maneə yoxdur. Hazırda bununla bağlı konkret danışıqlar aparılmır.
Xuraman Etibarlı
İnterpress.az






