“Türkün gücü tükənməz” sənədli filminin təqdimatı keçirilib – FOTOLARbackend

“Türkün gücü tükənməz” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Kino Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Türkün gücü tükənməz” adlı sənədli filmin təqdimatı keçirilib.

İnterpress.az xəbər verir ki, türk dünyasının Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi dəstək, qardaşlıq və həmrəylik münasibətləri filmin əsas mövzularını təşkil edir.

Təqdim olunan ekran əsəri Türk dövlətləri arasında mövcud olan mənəvi bağların, qarşılıqlı dəstəyin və ortaq gələcək düşüncəsinin ifadəsi kimi diqqət çəkib.

Tədbir, eyni zamanda, ömrünü Türk dünyasının birliyinə, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə həsr etmiş mərhum deputat Qənirə Paşayevanın ideyalarının və mənəvi irsinin davamı kimi xüsusi məna daşıyıb.

Bildirilib ki, Qənirə Paşayevanın Türk dünyasına olan sevgisi, xalqlar arasında qurduğu əlaqələr və bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələr bu gün də öz aktuallığını qoruyur və yeni təşəbbüslərdə davam etdirilir.

Filmin təqdimatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, uzun illər Türk dünyasının birliyi və əməkdaşlığı istiqamətində fəaliyyət göstərən Tənzilə Rüstəmxanlı da iştirak edib.

Tədbirdə Türk dünyasının gücünün birlik, qarşılıqlı dəstək və ortaq dəyərlərə sahib çıxmaqdan qaynaqlandığı vurğulanıb.

Təqdimat zamanı Qənirə Paşayevanın Türk dünyasının birliyi naminə gördüyü işlər ehtiramla yad edilib, onun ideyalarının yaşadılmasının əhəmiyyəti qeyd olunub.

Ruhu şad olsun, Qənirə xanımın Türk dünyası naminə yaşatdığı ideyalar daim yaşasın.
Türkün gücü həqiqətən də tükənməz!