1 oktyabr 2026-cı il tarixində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində “Qaravəlli massivi” kimi tanınan Məhəmməd Əsədov küçəsinin sakinləri ilə görüşüb.
Tenzilerustemhanli.az xəbər verir ki, qəbulda Neftçala Rayon İcra Hakimiyyətinin, rayon Bələdiyyəsinin, Şəhər İcra nümayəndəliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti – Neftçala Elektrik Şəbəkəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı Qaravəlli massivinin qazlaşdırılması ilə bağlı görülən və qarşıda duran işlər geniş müzakirə olunub.
Tənzilə Rüstəmxanlı bildirib ki, son iki ilə yaxın müddətdə ərazinin qazlaşdırılması istiqamətində “Azəriqaz”, SOCAR, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla davamlı müzakirələr aparılıb, sənədləşmə və layihələndirmə işləri həyata keçirilib.
Eyni zamanda massivdə elektrik xətlərinin təmiri istiqamətində də mühüm işlər görülüb.Deputat Qaravəlli massivinin qazlaşdırılmasına nail olmaq üçün bütün mümkün imkanların səfərbər edilməsinin, dövlət qurumları ilə yanaşı özəl sektor, podratçı təşkilatlar və yerli sahibkarlarla əməkdaşlığın da nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Sakinlər məsələnin diqqətdə saxlanılmasına və görüşün təşkilinə görə deputat Tənzilə Rüstəmxanlıya təşəkkürlərini bildiriblər.






