Türkiyədə İranın axtardığı kürd qruplaşması üzvü SAXLANILDIbackend

Türkiyədə İranın axtardığı kürd qruplaşması üzvü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə İranın axtardığı kürd qruplaşması üzvü saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Türkiyənin təhlükəsizlik qüvvələri ölkə ərazisində İranın “terrorçu-separatçı qruplaşma” üzvü kimi təqdim etdiyi şəxsi saxlayıb.

Məlumata görə, həmin şəxs uzun illər kürd qruplaşmasının tərkibində fəaliyyət göstərib və Avropada sığınacaq almaq niyyətində olub.

Onun yaxın zamanda İrana qaytarılacağı bildirilir.

İran tərəfinin iddiasına görə, saxlanılan şəxs ölkə daxilində “agentlərin” cəlb edilməsi ilə məşğul olub.

Həmin şəxslərin Molotov kokteylləri və partlayıcı maddələrdən istifadə etməklə yanğınlar törətməsi, hökumət əleyhinə qraffitilər çəkməsi, mağaza və evlərə daş atması planlaşdırılıb.

Bundan başqa, onun 2022-ci ildə İranda başlayan etiraz və iğtişaşların əsas təşkilatçı və iştirakçılarından biri olduğu iddia edilir.

Həmin hadisələr 22 yaşlı kürd əsilli Məhsa Əmininin ölümündən sonra başlamışdı.

Xuraman Etibarlı

İnterpress.az