Moskva vilayətində “Kamaz” markalı yük maşını avtomobilin üzərinə aşıb, nəticədə bir qadın və onun altı yaşlı oğlu həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən TASS agentliyinə məlumat verilib.
Moskvaətrafı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində qadın və onun 6 yaşlı oğlu həyatını itirib.
Məlumata görə, “KamAZ” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və yük maşını minik avtomobilinin üzərinə aşıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






