Husilər Səudiyyə Ərəbistanını HƏDƏLƏDİ: “Sənaya hücuma cavab veriləcək”backend

Husilər Səudiyyə Ərəbistanını HƏDƏLƏDİ: “Sənaya hücuma cavab veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilər Səudiyyə Ərəbistanını hədələyib: “Ər-Riyadda sərt cavab veriləcək”

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Yəmən vətəndaşlarına paytaxt Sənada yerləşən neft hasilatı obyektindən təxliyə olunmaları barədə xəbərdarlıq edib. Bu addım mümkün hücuma hazırlıqla əlaqələndirilir.

Husilər isə Səudiyyə tərəfinə xəbərdarlıq edərək, Sənaya istənilən hücumun Ər-Riyadda sərt və ağrılı cavabla qarşılanacağını bildiriblər.

Husilər, həmçinin “Saudi Aramco” şirkətinə məxsus obyektlərin yaxınlığında olan əməkdaşları və mülki şəxsləri həmin əraziləri tərk etməyə çağırıblar.

Onlar bu obyektlərin öz qüvvələri üçün qanuni hədəf olduğunu iddia ediblər.

Xuraman Etibarlı

İnterpress.az