Qaqik Tsarukyan məhkəməyə GƏTİRİLDİ: Barəsində qətimkan tədbiri SEÇİLƏCƏKbackend

Qaqik Tsarukyan məhkəməyə GƏTİRİLDİ: Barəsində qətimkan tədbiri SEÇİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Tsarukyanın işi üzrə məhkəmə prosesi başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın paytaxtı İrəvanda Qaqik Tsarukyan məhkəməyə gətirilib. Məhkəmədə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

Məhkəmə binasının qarşısına toplaşan Tsarukyan tərəfdarları onu alqışlarla qarşılayıblar. İş hakim Manvel Şahverdyanın icraatına verilib.

Məhkəmə binası qarşısında müxalifət nümayəndələri də toplaşıblar. Onlar Tsarukyana qarşı cinayət təqibinin siyasi motivli və sifarişli olduğunu iddia edirlər.

Tsarukyanın saxlanılması Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarından sonra baş verib.

Müxalifətçinin tərəfdarları həmin açıqlamaları təhdid kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az