Çinli kişi həyat yoldaşını qucaqlayarkən onun beş qabırğasını sındırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində bir kişi həyat yoldaşını qucaqlayarkən gücünü düzgün hesablamayıb və qadının beş qabırğasını sındırıb.
Məlumata görə, kişi sevdiyi qadını o qədər bərk qucaqlayıb ki, onun sümüklərindən xırtıltı səsi gəlib.
Kişi hisslərini ifadə etmək üçün arvadını bərk-bərk qucaqlamaq qərarına gəlib, lakin onun beş qabırğasını sındırıb, digərini isə çatladıb.
Qadın isə dərhal ağrıdan ikiqat əyilib.
Xuraman Etibarlı
İnterpress.az






