“Apokalipsis olmayacaq!” – Paşinyan qaz qiymətləri barədə DANIŞDIbackend

“Apokalipsis olmayacaq!” – Paşinyan qaz qiymətləri barədə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan qazın bahalaşması ilə bağlı narahatlıqlara münasibət bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mediaya açıqlama verib.

Paşinyan qaz qiymətlərinin mümkün artımının Ermənistan iqtisadiyyatında böhran yaradacağı barədə fikirlərlə razılaşmayıb.

“Ermənistan iqtisadiyyatında apokalipsis olmayacaq. Apokalipsisdən danışanlar iqtisadiyyatı başa düşmürlər. Onlar qaz qiymətlərinin mümkün artımından və onun nəticələrindən danışırlar”, – Paşinyan deyib.

O bildirib ki, ölkə iqtisadiyyatında heç bir “apokalipsis” baş verməyəcək və belə proqnozlar səsləndirənlər iqtisadiyyatı başa düşmürlər.

“2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə də apokalipsis vəd edirdilər. Bəs bu müddətdə Ermənistan iqtisadiyyatında nə baş verdi? Ermənistan iqtisadiyyatı böyüdü və böyüməyə davam edəcək”, – baş nazir bildirib.

Paşinyan Türkiyədə qazın Ermənistandakından 3-4 dəfə baha olduğu halda, ölkədə yetişdirilən pomidorların Ermənistan məhsullarından daha ucuz satılması məsələsinə də toxunub.

O, Ermənistan iqtisadiyyatının inkişaf etməli və rəqabətqabiliyyətli olmalı olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az