Sevgilisinin ölümündə şübhəli bilinən model məhkəmədə AĞLADI – VİDEObackend

Sevgilisinin ölümündə şübhəli bilinən model məhkəmədə AĞLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçmiş sevgilisini bıçaqlamaqda şübhəli bilinən model iki ay həbsdə qalacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada 22 yaşlı keçmiş sevgilisi Vadimin ölümündə şübhəli bilinən 21 yaşlı Yuliya məhkəmə zalında göz yaşlarını saxlaya bilməyib.

O, ittihamı qəbul etməyib. Məhkəməyə qızı dəstəkləmək üçün valideynləri və rəfiqəsi də gəlib.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. Vadim barışmaq ümidi ilə Yuliyanın yaşadığı mənzilə gəlib, qapının qarşısında oturaraq onu içəri buraxmağa razı salmağa çalışıb.

Daha sonra aralarında mübahisə yaranıb və Yuliya keçmiş sevgilisinə bıçaqla xəsarət yetirib. Gənc oğlan hadisə nəticəsində ölüb.

Moskva üzrə İstintaq Komitəsi faktla bağlı qətl maddəsi ilə cinayət işi aparır.

Yuliya universitetin üçüncü kursunda təhsil alır, ətir kompozisiyaları, aromatik maddələr və kosmetika istehsalı ilə məşğul olan “Syren” şirkətində ofis meneceri işləyir. Asudə vaxtlarında isə model kastinqlərində iştirak edir.

Məhkəmənin qərarı ilə şübhəli dekabrın 22-dək, iki ay müddətinə istintaq təcridxanasında saxlanılacaq.

Xuraman Etibarlı

İnterpress.az