Bavariyanın baş nazir müavininin ölümündə kənar müdaxilə əlamətləri aşkarlanmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Berlin prokurorluğu məlumat yayıb.
Bavariyanın baş nazir müavini və iqtisadiyyat naziri Hubert Ayvanqerin ölümündən sonra aparılan ilkin məhkəmə-tibbi ekspertizasının nəticələri açıqlanıb.
Berlin prokurorluğunun məlumatına görə, 55 yaşlı siyasətçinin ölümündə kənar müdaxiləyə dair hər hansı əlamət aşkarlanmayıb.
Bununla belə, Ayvanqerin dəqiq ölüm səbəbi hələ müəyyən edilməyib. Prokurorluq hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün əlavə məhkəmə-tibbi araşdırmaların aparılacağını bildirib.
Xatırladaq ki, Ayvanqer noyabrın 4-də Berlində partiyasının nümayəndəliyinin açılışında çıxış etməli idi. Lakin səhhətində yaranan problemlə əlaqədar tədbirdə iştirakını ləğv edərək “Neuer Fritz” hotelində qalıb. Daha sonra o, hotel otağında ölü tapılıb.
Xuraman Etibarlı
İnterpress.az






