Vilnüsdə kilsə qarşısındakı qızıl suyuna çəkilmiş çarmıx sındırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.
Litva paytaxtı Vilnüsdə yerləşən Tanrı Mərhəməti katolik kilsəsinin qarşısında vandalizm aktı qeydə alınıb.
Naməlum şəxs taxta xaçın üzərində yerləşən qızıl suyuna çəkilmiş çarmıx təsvirini yerindən çıxararaq yerə çırpıb və qırıb.
Hadisə ilə əlaqədar polis orqanları ictimai qaydanın kobud şəkildə pozulması maddəsi ilə məhkəməyəqədər araşdırmaya başlayıb və cinayəti törədən şəxslərin axtarışına start verilib.
İlkin ehtimala görə, hadisəni törədən şəxs və onun şəriki cinayət zamanı güclü alkoqol sərxoşluğu vəziyyətində olublar.
Xuraman Etibarlı
İnterpress.az






