Estoniya Rusiyanın beynəlxalq təcridini gücləndirməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Rusiyanın beynəlxalq aləmdə təcrid olunması istiqamətindəki tədbirlərin daha da sərtləşdirilməsinin vacibliyini bəyan edib.
Nazir Finlandiya və Norveçdə Rusiya və Belarus idmançılarına qarşı tətbiq olunan məhdudiyyətlərin gücləndirilməsini tam dəstəklədiyini vurğulayıb.
Tsaxna Avropa İttifaqı ölkələrini bu cür məhdudlaşdırıcı tədbirlərlə bağlı ortaq və vahid yanaşma formalaşdırmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






