Çamadanında milyonlar daşıyan şəxsin vəsaiti ƏLİNDƏN ALINDI – FOTObackend

Çamadanında milyonlar daşıyan şəxsin vəsaiti ƏLİNDƏN ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstana nağd pul aparmaq istəyən rusiyalının 135 milyon rublu müsadirə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyadan Qırğızıstana külli miqdarda bəyan edilməmiş nağd vəsait çıxarmağa cəhd göstərən 28 yaşlı sərnişinin pulları dövlət nəfinə alınıb.

Gömrük baxışı zamanı onun çamadanından 129 milyon rubl (təxminən 2 milyon 657 min manat), əl yükündən isə daha 7 milyon rubl (təxminən 144 min manat) aşkar edilib.

Saxlanılan şəxs daşıdığı külli miqdarda vəsaitin mənşəyini açıqlamaqdan imtina edib.

Nağd pul vəsaitlərinin daşınması qaydalarını kobud şəkildə pozduğuna görə həmin şəxs barəsində inzibati iş başlanılıb.

Məhkəmənin çıxardığı qərara əsasən, sərnişinə cəmi 1 milyon rubl (təxminən 20 600 manat) saxlanılıb, qalan 135 milyon rubl (təxminən 2 milyon 780 min manat) isə tam şəkildə dövlət büdcəsinə müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az