“GitHub”da qlobal KİBERHÜCUM: 60 mindən çox repozitoriya HƏDƏFƏ ALINDIbackend

GitHub”da qlobal KİBERHÜCUM: 60 mindən çox repozitoriya HƏDƏFƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GitHub” platformasında kütləvi kiberhücum olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici İT mediası məlumat yayıb.

Dünyanın ən böyük proqram təminatı platforması olan “GitHub” irimiqyaslı haker hücumuna məruz qalıb.

Bildirilir ki, kibertəhdid altında 60 mindən çox repozitoriya qalıb, hətta ABŞ və Fransanın dövlət orqanları ilə əlaqəli profillərdən də məlumatların sızması təhlükəsi yaranıb.

Məlumata görə, cinayətkarlar oğurlanmış 4 837 hesab vasitəsilə 61 764 repozitoriyaya daxil olub və ən azı 1 806 layihədən məxfi məlumatları ələ keçiriblər.

Hakerlər zərərsiz görünən kod dəyişikliyi tələbləri ilə sistemə zərərli skript yeridərək “AWS”, “Google Cloud” və “Azure” kimi nəhəng bulud xidmətlərinin giriş şifrələrini və tokenlərini toplayıblar.

İzləri itirmək üçün əməliyyat jurnallarını silən təcavüzkarların “npm” və “PyPI” platformalarındakı populyar paket müəlliflərini də risk altına atdığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az