Kanye Uest bəstəkarı musiqi yazması üçün məktəbə qapadıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Amerikalı reper Kanye Uest bibliya hökmdarı Navuxodonosor haqqında hazırladığı opera üçün musiqi yazması məqsədilə bəstəkar Çeyz Teyloru məktəbdə bağlı qapı arxasında saxlayıb.
Bəstəkarın sözlərinə görə, o, Vayominq ştatına məşqlər üçün gəlsə də, Uestin prodüseri Pol Conson onu məktəbin orkestr otağına salaraq kilidləyib və hətta ayaqyoluna belə yalnız xüsusi icazə ilə getməsinə şərait yaradılıb.
Məlumata əsasən, Teylordan cəmi dörd gün ərzində operanın musiqisini bəstələmək, premyeranı təşkil etmək, baş rolu ifa etmək və not bilməyən onlarla iştirakçını öyrətmək tələb olunub.
Görülən işlərin müqabilində ona yüksək qonorar, prodüser kimi adının qeyd olunması və gələcək layihələrə dəvət vəd edilsə də, heç bir öhdəlik yerinə yetirilməyib.
Nəticədə bəstəkar məhkəməyə müraciət edərək müəlliflik hüquqlarının tanınmasını, layihənin gəlirindən pay verilməsini və maddi kompensasiya ödənilməsini tələb edib.
Xuraman Etibarlı
İnterpress.az






