Çelyabinsk vilayətində qəzəblənmiş donuz yoldan keçən bir nəfərə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Çelyabinsk vilayətində aqressiv erkək donuz küçədə hərəkət edən qadına qəfil hücum çəkib.
Qadın yolla getdiyi əsnada qarşısına çıxan heyvan qəfildən onun üzərinə atılaraq diz nahiyəsindən dişləyib.
Hadisə nəticəsində bədən xəsarəti alan sakin ev heyvanına düzgün nəzarət etməyən və onun küçəyə çıxmasına şərait yaradan qonşusundan polisə şikayət edib.
Hazırda hüquq-mühafizə orqanları heyvan sahibinin məsuliyyət dərəcəsini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
Xuraman Etibarlı
İnterpress.az






