Tənzilə Rüstəmxanlı Rəşad Məcidə anasının vəfatı ilə əlaqədar başsağlığı verib.
İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə anası Yavər xanımın vəfatı ilə əlaqədar başsağlığı verib.
Deputat başsağlığı mətnində Rəşad Məcidin və ailə üzvlərinin dərin kədərini bölüşdüyünü bildirib, onlara bu ağır günlərdə səbir və dözüm arzulayıb.
Tənzilə Rüstəmxanlı mərhuməyə Allahdan rəhmət diləyərək məkanının cənnət olmasını arzulayıb.






