Tənzilə Rüstəmxanlı Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 43-cü ildönümünü təbrik edib.
İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 43-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.
Deputat paylaşımında Kipr türk xalqını bu əlamətdar gün münasibətilə təbrik edərək, müstəqillik və suverenlik uğrunda mübarizənin tarixi əhəmiyyətini vurğulayıb.
Tənzilə Rüstəmxanlı Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti arasında tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə əsaslanan qardaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsini arzulayıb.
“Bir millət, üç dövlət – ortaq tarix, ortaq gələcək!” – deyə deputat qeyd edib və Türk dünyasının birliyinin, qardaşlığının daim möhkəm olmasını diləyib.






