Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. Məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 43.25 dollar olub. Platinin bir qramı 33.87 dollar, palladiumun qramı 19.14 dollar təşkil edib. Gümüşün qiyməti isə cuzi qalxıb, qramı 64 sentə satılıb.
Neftin qiymətlərində artım müşahidə olunur. Məlumata görə \”Layt\” markalı xam neftin qiyməti yüksəlib. Nyu-York Əmlak Birjasında \”Layt\” markalı neftin qiyməti 49.01 dollar olub. İCE qitələrarası fond birjasında \”Brent\” markalı neftin bir bareli də bahalaşaraq 50.43 dollarda qərarlaşıb. \”AzəriLayt\” markalı neftin bir barelinin qiyməti 0.45 dollar ucuzlaşaraq 50.11 dollar təşkil edib. (musavat)
İnterpress.az