Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdibackend

Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova \”Sənayeləşmə və innovativ inkişaf\” mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, neftin qiymətinin düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması Azərbaycan iqtisadiyyatına təsir etdi: \”Onların mənfi təsirini aradan qaldırmaq və gələcəkdə daha davamlı müqavimət üçün hökumət bütün səylərini səfərbər etdi və \”Azərbaycan-2020: gələcəyə baxış\” konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını sürətləndirməyə başladı\”.

S.Həsənova qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb, ölkədə biznesin yaradılması üçün şərait yaxşılaşdırılıb. (milli.az)

İnterpress.az