Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıbbackend

Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb. (virtualaz.org)

İnterpress.az