Nazirlikdən İnterpress.az-a verilən məlumata əsasən, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında \”Fərid\” şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.
İnterpress.az