Türkiyədə 1 ABŞ dolları 2.50 lirə olub.
Belə ki, səhər saatlarında 1 dollar 2,4933 lirə təşkil edirdisə, bir neçə saat sonra dollar yenidən ucuzlaşaraq 2,4735 lirə olub. Lakin günorta saatlarında dollar yenidən bahalaşaraq yenidən 2,49 lirə olub.
Axşam saatlarında isə bahalaşma yenidən baş verib. 1 ABŞ dolları 2,51 lirə təşkil edib.
Lakin Türkiyə mətbuatında Mərkəzi Bankın sədri Ərdəm Başçının istefa etdiyi barədə xəbərlər yayılsa da sonradan xəbər təkzib olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankı sərt tənqid edib.
İnterpress.az