Hazırda reanimasiyada olan aktyorun vəziyyəti ağırdır.
K.Vargın yüksək qan təzyiqindən əziyyət çəkir. 2014-cü ildə yüksək qan təzyiqinə görə xəstəxanaya yerləşdirilən aktyorun uzun müddət huşu özündə olmayıb.
2015-ci ildə isə ona parkinson xəstəliyi diaqnozu qoyulub və uzun müddət xəstəxanada müalicə alıb.
K.Vargın səhhətində olan problemlərə baxmayaraq, filmlərdə və televiziya seriallarında çəkilməyə davam edib.
Qeyd edək ki, 1940-cı il iyunun 15-də anadan olan aktyor, 1960-cı ildən filmlərə çəkilməyə başlayıb.
Türk kinosunun mənfi qəhrəmanı kimi tanınan aktyorun son rolu \”Kurtlar Vadisi Pusu\” serialında canlandırdığı Adil Əşrəfoğlu obrazı olub.
İnterpress.az