Tərkib:
250 qr kəsmik
100 ml qaymaq
100 ml xama
2 yarpaq reyhan
300 qr çiyələk
1 ədəd portağal
1 x.q. bal
Kremin hazırlanması:
Kəsmik, qaymaq və xama qarışdırılır.
Sousun hazırlanması:
Reyhan xırda doğranır, 150 qr çiyələk 4 hissəyə bölünür.
Yerdə qalan 150 qr çiyələk, reyhan, portağal suyu və bal blenderdən keçiirlir.
Üzərinə doğranmış çiyələk əlavə edilib qarışdırılır.
Kasaya kəsmikli qarışıq yerləşdirilir, üzərinə meyvəli sous tökülüb servis edilir.
İnterpress.az