Məlumata görə, bu maaşa razılaşaraq çoban işləyəcək şəxsə pulla yanaşı, hər ay 50 kq pendir, yun, mobil telefon üçün kontur, paltar və ayaqqabı veriləcək.
Muşda çoban qıtlığı yarandığından sürü sahibləri qoyunları otaracaq kişi tapa bilmirlər. Bu səbəbdən sürüləri qadınlar və uşaqlar otarırlar.
Sürü sahiblərindən biri Belkise Çelik deyir: \”Çoban tapa bilmirik. Bu səbəbdən də ötən il ayda 600 dollar olan maaşı indi 1200 dollara qaldırdıq. Gündüzlər sürülərə qadınlarla uşaqlar, gecələr biz baxırıq. 300 qoyunum var. Çoban axtarıram, tapa bilmirəm. Çoban olmadığından nəvələrimi məktəbə yollaya bilmirəm. Çoban işləməyə razılaşacaq adamın siqaretini də almağa hazıram\” (milli.az)
İnterpress.az