Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 12 may 2016-cı il tarixində ATMU-da 5 illik fəaliyyəti tamam olan kafedra müdirliyinə yeni namizədlərin seçki yolu ilə seçilməsi üçün elan verilib.
ATMU-nun Kafedra müdiri və dekan vəzifəsinə seçkilər üzrə komissiyasının qərarı ilə dosent Vüqar Mehrəli oğlu Nəzərov “İqtisadiyyat” kafedrasının, dosent Əzizə Qurban qızı Məmmədova “İngilis dili” kafedrasının, dosent Kəmalə Təhsin qızı Kərimova “Dillər” kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.
İnterpress.az