Mərkəzin İnformasiya şöbəsinin məlumatına görə, əməkdaşlıq çərçivəsində RSXM-nin əməkdaşları ABŞ universitetlərində təlim keçəcəklər.
16 iyul-12 avqust tarixlərində RSXM-nin \”Zəlzələ ocaqlarının dinamikası\” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru S.Kazımova və şöbənin əməkdaşı L.Piriyeva ABŞ-ın Beynəlxalq Milli Livermor Laboratoriyasında alınmış seysmoloji məlumatların birgə analizi və təhlili, 16 avqust-10 sentyabr tarixlərində isə \”Zəlzələlərin tədqiqatı bürosu\”nun rəis müavini, sistem adminstratoru R.Kərimova və şöbənin mühəndisi Y.Muradova ABŞ-ın Missuri Universitetində aparılan seysmoloji tədqiqatların nəticələri ilə bağlı emal proqramlarının yeni versiyalarının tətbiqi sahəsində təlim keçəcəklər.
İnterpress.az