Nar “tanrıların qocalığa qarşı meyvəsidir” – Britaniya mətbuatıbackend

Nar “tanrıların qocalığa qarşı meyvəsidir” – Britaniya mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məqalədə deyilir ki, yaqut qırmızısı rəngində olan bu meyvə qədimlərdə \”allahlar qidası\” adlanarmış, lakin indi alimlər onun \”gəncləşdirici təsirə\” malik olduğunu söyləyirlər.
İsveçrə alimlərinin apardığı təcrübə göstərib ki, narın tərkibində olan əlahiddə urolitin A molekulu mitofagiya adlanan prosesin hərəkətverici qüvvəsidir.

Bu proses zamanı hüceyrənin qüsurlu hissələri təmizlənib atılır və yeniləri ilə əvəz olunur. Lakin alimlər bildirirlər ki, qocalığa qarşı kimyəvi maddədən yalnız qarnında müvafiq bakteriya olan insanlar faydalana bilirlər.

Artıq sınaqlara başlanıb

Başqa sözlərlə, narın xam maddəsinin urolitin A-ya çevrilməsi üçün müəyyən mikrobların iştirakına ehtiyac var. Narın tərkibində olan molekulu siçanların yeminə əlavə edən araşdırmaçılar onların ömür davamlılığının 45 faiz artdığını müşahidə ediblər.

\”The Telegraph\” yazır ki, alimlər artıq bu kəşfin erkən kliniki sınaqlarına başlayıblar.

Bir neçə Avropa xəstəxanalarında pasientlərə bu molekul dəqiq müəyyən edilmiş dozalarda verilir. İsveçrədəki Lozanna Federal Texniki Məktəbindən aparıcı tədqiqatçı Johan Auwerx inandığını bildirib ki, narın xüsusiyyətlərini öyrənən araşdırma \”antiqocalıq\” tədqiqatlarında həlledici mərhələ ola bilər.

Min bir dərdin dərmanı

Nature Medicine jurnalında dərc olunmuş hesabat məqaləsində əsas diqqət qidanı enerjiyə çevirən hüceyrə üzvü – mitoxondri üzərinə yönəldilib.
Məqalədə deyilir ki, müəyyən vaxtdan sonra mitoxondrilər aşılanıb zədələnir və bununla da mitofagiya prosesi kəskin zəifləyir.

Bu proses bir çox orqan və toxumaları zədələyərək əzələlərin zəifləməsinə səbəb olur.

Alimlər inanırlar ki, qocalığı zədəli mitoxondrilərin orqanizmdə yığılıb qalması şərtləndirir.

\”The Telegraph\” yazır ki, nar meyvəsinin sağlamlığa xeyri barədə məlumatlar əvvəllər də olub.

Məsələn, antioksidantlarla zəngin narın ürək xəstəlikləri riskini azaltdığına, iltihab və artritə qarşı təsirinə, yaddaşı və fiziki gücü artırdığına dair elmi araşdırmalar mövcuddur.

Narın prostat vəzinin xərçənginə qarşı mübarizədə də güclü rol oynadığı söylənir. (eurasia.az)

İnterpress.az