Türkiyədə suriyalı qaçqınlarla qanlı DAVA-VİDEObackend

Türkiyədə suriyalı qaçqınlarla qanlı DAVA-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya əyalətinin Beyşehir rayonunun sakinləri ərazidə məskunlaşan suriyalı qaçqınların buradan çıxarılmasını tələb edirlər.

Məlumata görə, buna səbəb iyulun 9-da yerli gənclərlə suriyalı qaçqınlar arasında düşən və 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən dava olub.

“Biz oğlumuzu itirdik, başqa birinin də həlak olmasını istəmirik. Buna görə də Beyşehrin sakinlərinin qollarını açaraq qəbul etdikləri suriyalılar buranı tərk etməlidirlər”, – deyə həlak olan 18 yaşlı Mehmet Bayraktarın valideynləri bildirib.

Dava Mehmet suriyalıya sahibsiz iti döyməyinə mane olarkən düşüb.

Davada bıçaq yarası alan 21 yaşlı suriyalı qaçqın İbrahim də ölüb, bundan başqa 20 yaşlı Qasım, 26 yaşlı Abdulla Məhəmməd və 22 yaşlı Əhməd Sədi yaralanıb.

Rayon sakinlərinin narazıçılığının açıq qarşudurmaya keçmə təhlükəsi var, bunu nəzərə alan hüquq-mühafizə orqanları rayonda təhlükəsizlik tədbirlərini artıraraq rayona əlavə polis qüvvəsi cəlb ediblər.

Qeyd edilir ki, Beyşehir rayonunda təxminən 900 suriyalı yaşayır.

Yerli sakinlərin onlardan bir neçəsinin evini daş-qalaq etdikdən sonra suriyalıların bir hissəsi rayonu tərk etməli olub, digərləri isə evdən bayıra çıxmırlar. (1news.az)

İnterpress.az
https://youtube.com/watch?v=skHgAhb4QHI