Məhbus vəhşicəsinə döyülüb, 33 gün qolları bağlı saxlanılıb-BAKIDAbackend

Məhbus vəhşicəsinə döyülüb, 33 gün qolları bağlı saxlanılıb-BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsassız ittihamlarla 5 il azadlıqdan məhrum edilən Surac Ağayevin həyatı təhlükə altındadır.

Yaxınlarının verdiyi məlumata əsasən, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) saxlanılan Surac Ağayev ora aparıldığı 2 ay müddətində işgəncəyə məruz qalıb. \”Tubzon\”-da saxlanıldığı bu müddət ərzində mütəmadi olaraq döyülüb. Ağır zərbələr nəticəsində islamçı məhbusun bədən üzvləri ağır xəsarət alıb, böyrəyi və digər orqanları sıradan çıxmaq üzrədir. Zərbələrin nəticəsində qabırğası sınan Surac Ağayevin bir ayağı da gipsdə saxlanılır.

Surac Ağayev \”Tubzon\”a aparıldığı gündən 33 gün ərzində cərimə kamerasında qolları bağlı şəkildə saxlanılıb.
Məhbusun həyatı təhlükəsi olmasına baxmayaraq işgəncələr davam edir. (cenubnews.com)

İnterpress.az