Nəticədə su hövzələrinin və torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç mobil və stasionar mənbədən birində atılan tullantıların yol verilən normanı aşdığı müəyyən edilib.
Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 239 nəfər vəzifəli şəxslərə və vətəndaşlara 294 min manat məbləğində cərimə tətbiq olunub.
Bundan başqa, qaldırılmış 217 iddiaya əsasən 58 min manat həcmində cərimə təqdim edilib.
İnterpress.az