İnterpresss..az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 489,5 manat təşkil edib.
2016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.
Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,8 faizi isə yığıma yönəldilib.
İnterpress.az