Bunu İnterpress.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
Bu il də avqust ayının 1-dən sonuna kimi Bakı Şəhərində “ Təmiz hava“ aylığı şüarı altında reydlər aparılacaq:
\”30 gün ərzində hərəkət edən nəqliyyatın texniki sazlığı, istifadə oldunğu yanacğın tərkib hissəsinin keyfiyyətinə bilavasitə nəzarət olunacaq. Bir ay ərzində təqribi bir nəticəyə gəlinəcək. Bununla nə qədər artım və ya azalmanın olmasını hesablaya biləcəyik. Gələcəkdə bu reydləri Azərbaycanın regionlarında və iri şəhərlərində keçirilməsi də istisna deyil\”.
Xatırladaq ki,“ Təmiz hava“ aylığı Baş Dövlət Yol Polisi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsidir.
Gülşanə Mustafayeva
İnterpress.az