Tərkib:
6-8 ədəd toyuq ciyəri
1 dəstə kahı
6-7 ədəd çerri pomidoru
1 ədəd qırmızı soğan
Bitki yağı
1 x.q. balzamik sirkə
1 x.q. limon suyu
4 dilim qara çörək
Sous üçün:
1 x.q balzamik sirkə
4 x.q. zeytun yağı
2 diş sarımsaq
Duz, istiot
Hazırlanması:
Soğan halqavarı doğranıb yağda qızardılır.
3 dəq. sonra üzərinə balzamik sirkə tökülüb, qarışdırılır.
5 dəq. sonra üzərinə limon suyu gəzdirilib odun üzərindən götürülür.
Çörək dördkünc doğranıb sobada qızardılır.
Ciyər yuyulur, pərdəsi çıxarılıb yağda qızardılır.
Sousun hazırlanması:
Balzamik sirkə, yağ, xırdalanmış sarımsaq, duz və istiot qarışdırılır.
Kahı əllə parçalara bölünür, yarıya bölünmüş pomidorla, qızardılmış soğanla və qurudulmuş çörəklə qarışdırılır.
Salatın üzərinə ciyər düzülür, sous gəzdirilib isti-isti servis edilir.
İnterpress.az