Eldar Mahmudovun Almaniyadakı vahiməli fəaliyyətibackend

Eldar Mahmudovun Almaniyadakı vahiməli fəaliyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun Almaniya səfərlərindən, bu səfərlərin alman ictimaiyyəti üçün əsl hadisəyə çevrilməsindən bəhs etmişdik.

Bugünlərdə E.Mahmudovun Almaniya sərgüzəştəri ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, E.Mahmudovun Almaniya səfərlərində əsas məqsəd bu ölkədə şəxsi biznesini genişləndirmək, xüsusilə də səhiyyə sektorunda pay sahibi olmaq olub. Bu məqsədlə Almaniyada dəyəri on milyonlarla hesablanan özəl xəstəxanaya sahib olan E.Mahmudov, davamlı olaraq Almaniyanın səhiyyə bizesindəki payını artırmağı planlaşdırıb.
Mənbənin sözlərinə görə, sahib olduğu xəstəxananın peşəkar həkimlər və modern tibbi texniki avadanlıqlarla təmin edilməsinə ciddi fikir verən E.Mahmudov, bu məqsədlə gen-bol pul xərcləməkdən çəkinməyib. Nəticədə, sabiq nazirə məxsus xəstəxana qısa zamanda bütün Almaniyada məşhurlaşmağı bacarıb.
Qatillər və qurbanlar bir arada…

Bilgili qaynağın sözlərinə görə, işin ən maraqlı tərəflərindən biri E.Mahmudovun Almaniyadakı xəstəxanasına pul qazandırmaq üçün seçdiyi üsulla bağlıdır. Belə ki, sabiq nazir Almaniyadakı xəstəxanasının nüfuizunu qaldırmaq, ona pul qazandırmaq üçün müalicəyə ehtiyacı olan müavin və idarə rəsilərini, bütün “münasib adamları” məhz həmin xəstəxanaya göndərib:
“E.Mahmudov müavin və idarə rəislərinə, onların yaxın qohumlarına başqa ölkələrdə müalicə almağı yasaqlamışdı. Səhhətində problem yaranan hər kəs yalnız bu xəstəxanada müalicə almalı idi. Necə ki, hazırda azadlıqda olan MTN-nin iki sabiq generalı bu xəstəxanada olub və müxtəlif xəstəliklərdən müalicə alıb.
Lakin işin ən qəribə tərəfi E.Mahmudovun işçilərinin deyil, qurbanlarının da bu xəstəxanaya üz tutması olub. Belə ki, bəzi nazir, nazir müavini, idarə və müəssisə rəhbərləri, iş adamlarının rüşvət və intim videolarına sahib olan E.Mahmudov, öz əlaltıları vasitəsi ilə onları da bu xəstəxanaya yönləndirir, sahibi olduğu xəstəxananı pasient sarıdan korluq çəkməyə qoymurdu. E.Mahmudovun şantajının əsirinə çevrilən şəxslər ifşa olunmaqdan qorxduqları üçün bu “məsləhətdən” kənara çıxmağa qorxur, E.Mahmudovun onlara çəkdirdiyi cəfadan sabiq nazirin özünün xəstəxanasında şəfa tapmağa çalışırdı”.

Mənbə E.Mahmudovun xəstəxanaya pasientləri yönləndimə üsulunun arzuedilməz olduğunu vurğulamaqla yanaşı, xəstəxanada pasientlərin həqiqətən də yüksək səviyyədə müalicə olunduğuna da diqqət çəkdi. Bilgili qaynağın sözlərinə görə, həmin xəstəxanada müalicə alan şəxslərin heç biri bu vaxta qədər verdiyi pula görə təəssüf hissi keçirməyib. (24saat.org)

İnterpress.az