Statistika Komitəsindən xəbər verilir ki, əhalinin gəlirləri 21493,9 milyon manata çatıb.
Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,8 faizi isə yığıma yönəldilib.
Qeyd edək ki, cari ilin 5 ayının nəticələrinə görə, kreditlər üzrə faizlərin ödənilməsinə əhalinin gəlirlərinin 2,8 faizi sərf edilirdi. 8,3 faiz isə yığıma yönəldilirdi.
İnterpress.az