Birinci xanım moda brendi yaradırbackend

Birinci xanım moda brendi yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici mətbuatının verdiyi xəbərə görə, Devid Kameron deputatlığına davam edəcək. Birinci xanımın isə şəxsi geyim brendini qurmağı planlaşdırdığı irəli sürülür. Böyük Britaniyada ən az Keyt Middlton qədər sevilən Samantanın markasına ingilislərin böyük maraq göstərəcəyi gözlənilir.

Qeyd edək ki, Devid Kameronun 45 yaşlı həyat yoldaşı – Samanta birinci xanım statusuna layiq görüldüyü vaxtdan bəri geyim tərzilə dəb tənqidçilərinin böyük rəğbətini qazanıb. Samanta ərinin hakimiyyəti dövründə özünə istədiyini geyinməyə icazə verib.

Samanta tanınmayan markalara müraciət etməklə də zövqlü görünməyin mümkün olduğunu sübut edə bilir. O, tez-tez “Zara” kimi demokratik brendlərin klassik, sadə stilettolarına müraciət edərək kübar xanım obrazı yaratmağa nail olurdu.

Əks halda təvazökar britaniyalılar geyimlərinə çox pul xərcləməyən baş nazirin həyat yoldaşından məmnun olmazdılar. Bundan başqa “Vogue” jurnalı onu dünyanın ən zövqlü xanımlarından biri elan edib. (publika.az)

İnterpress.az