Obamanın son cəhdi: Suriya Qarabağa dəyişdirilir?backend

Obamanın son cəhdi: Suriya Qarabağa dəyişdirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediasından verilən xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü, M.V Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Andrey Manoylo deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi neçə illər ərzində “dondurulmuş” vəziyyətdə idi: “Ötən yazda vəziyyət gözlənilmədən kəskinləşdi. Görünür, Rusiya Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı ABŞ planına mane olduğu üçün Vaşinqton bununla cavab verdi.
ABŞ Rusiyadan Suriya ilə bağlı alacağı hansısa güzəşt qarşılığında Qarabağ münaqişəsini alovlandırmayacaq”.

Politoloq hesab edir ki, Vaşinqton Suriyanı Qarabağa dəyişməyə ümid edir.

“Kerrinin Moskvaya səfəri Obamanın bəxtsiz prezident imicindən qurtulmaq üçün son cəhdidir”, – deyə o bildirib. (publika.az)

İnterpress.az