BNA-dən gediş haqqı ilə bağlı xəbərdarlıqbackend

BNA-dən gediş haqqı ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının müvafiq qərarına əsasən Şəhərətrafı və qəsəbələrarası 25 km-dən 30 km-dək, 30 km-dən 40 km-dək, 40 km-dən 45 km-dək, 45 km-dən 50 km-dək və 50 km-dən yuxarı məsafə qət edən marşrut xətlərində tarif müvafiq olaraq 20, 25, 30, 35, 50, 70 və 80 qəpik həddində müəyyən olunub.

İnterpress.az bildirir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova yayıb.

Şöbə müdiri, marşrut xətti üzrə avtobusla sərnişin bu məsafələrdən az məsafə qət edərsə qiymətə təsiri olacağını da bildirib:

\” Nümunə olaraq 195 saylı marşrut xəttini götürək. Marşrut xətti Ələt-Bayıl istiqamətində hərəkət edir, ancaq Bayıldan Lökbatana qədər 195 saylı marşrut xəttində gediş haqqı Tarif şurasının qərarına əsasən (məsafə 1km-dən-15 km-dək olduğu əsas gətirilərək) 20 qəpik, Bayıldan Sahilə qədər 35 qəpik, Bayıldan Sənqaçala qədər 60 qəpik, Bayıldan Qobustan qəsəbəsinə qədər 70 qəpik müəyyən edilib. Sərnişinlərimiz məlumatlı olsunlar\”.

Gülşanə Mustafayeva
İnterpress.az