Xəbər verilir ki, bu iddia ilə Gürcüstanın “Axali taoba” qəzeti çıxış edib.
Qəzet yaxın günlərdə hazırkı Müdafiə naziri Tinatin Xidaşelinin ABŞ-a səfərə gedəcəyini və bundan sonra parlament seçkisində iştirak edəcəyinə görə vəzifəsindən istefa verəcəyini bildirib.
Qeyd edək ki, Kobe Kobeladzenin 47 yaşı var. O, Abxaziya müharibəsinin iştirakçısıdır. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Kobeladze də Eduard Şevardnadze dövründə Rusiya və Qərbdə təhsil alan digər hərbçilər kimi ordudan qovulub. 2009-cu ildə həbs edilib. Buna əsas səbəb isə onun digər generallarla birgə Saakaşvili hakimiyyətinə qarşı çevriliş hazırlaması olub. Kobeladze həbsindən bir neçə ay sonra azadlığa buraxılıb və onun çevriliş etmək istəməsi haqqında heç bir sübut tapılmayıb. (moderator.az)
İnterpress.az