Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.
Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
İnterpress.az