Dünən Fransanın Nitsa şəhərində terror aktı törədən şəxs polislərə tanış idi.
Bu haqda BFM telekanalı bildirib.
Terrorçunun üzərində daşıdığı sənədlər onun şəxsiyyətinin müəyyənləşdirilməsinə kömək edib. 1985-ci ildə doğulan Tunis mənşəli fransız (adı açıqlanmayıb – red.) daha əvvəllər silah daşıma və başqa cinayətlərə görə məsuliyyətə cəlb edilib. Lakin bu cinayətlər terrorizmlə bağlı olmayıb.
Onun istifadə etdiyi yük maşını kirayə götürülüb. Terrorçunun üzərində şəxsiyyət vəsiqəsi, tapança və qumbaranın bir neçə mulyajı aşkarlanıb.
Xatırladaq ki, terror aktında son məlumatlara görə, 84 nəfər həlak olub, 18-i ağır olmaqla 100-dən çoxu yaralanıb. (publika)
İnterpress.az