Odessada azərbaycanlılar kütləvi dava saldıbackend

Odessada azərbaycanlılar kütləvi dava saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ukraynanın Odessa vilayətinin Milli Polis Dövlət İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bu barədə ictimai fəal Viktoriya Sibir öz Facebook səhifəsində xəbər verib.

Odessa sakininin sözlərinə görə, insident Deribasovsk küçəsində baş verib. Hadisə şahidləri bildiriblər ki, gecə saatlarında Deribasovsk küçəsindən Qorsad küçəsinin qarşısına, Preobrajensk tərəfə yüksək sürətlə hərəkət edən qara BMW avtomobili yol qaydalarını pozaraq keçib. O istiqamətdə yol bağlı olduğundan maşın geri çevrilərək arxaya qayıdıb.

Maşında beş nəfər Azərbaycan vətəndaşı olan gənc olub.

Bu zaman isə qayda pozanları küçənin ortasında artıq bir qrup Odessa sakinləri gözləyib. Sakinlər qara BMW-də olanlara izah etməyə çalışıb ki, bu piyadalar üçün nəzərdə tutulan küçədir və burada avtomobil yarışları keçirmək olmaz.

Mübahisə getdikcə qızışıb. Danışıqların gedişatında BMW sürücüsü sükan arxasına oturaraq Odessa sakini Anatoli Mazuru vurub və hətta onu avtomobilin kapotunda 300 metrə qədər sürütləyib. Orada BMW-ni təsadüfən ərazidən keçən şəxsi mühafizə firmasının patrulu dayandırıb.

Üç saatdan çox davam edən mübahisə yerinə beş polis maşını ekipajı toplaşıb. Azərbaycanlılardan biri baş verənləri lentə alan şəxsin əlindən telefonunu zorla alıb.

“Odesskaya Pravda” qəzeti öz növbəsində yazır ki, BMW avtomobilinin sükanı arxasında Odessa Milli Texniki Universitetinin tələbəsi Tural Musayev olub.

Qeyd edilir ki, Musayev bu qəbildən olan hadisələrə ilk dəfə deyil düşür.(oxu.az)