Görüş zamanı birgə əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsi müzakirə olunub.
Danışıqlar zamanı həmçinin Rusiya şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin təmin olunacağı yük vaqonlarının sayı müəyyənləşdirilib.
Şirkətin \”Azərbaycan Dəmir Yolları\” QSC-yə verəcəyi vaqonlar taxıl, sement, neft və neft məhsulları və s. daşınması üçün nəzərdə tutulub.
Danışıqların yekununda Rusiya tərəfinin \”Azərbaycan Dəmir Yolları\” QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.
İnterpress.az